Yaponiyada dağıdıcı zəlzələ oldu
Yaponiyanın şimalında 6,2 maqnitudada zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya departamenti məlumat yayıb.
Yeraltı təkanların episentri Hokkaydo adasının cənub sahillərində, mənbə isə okeanın dibinin təxminən 480 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur.