Bu ölkədə silahlılar kəndə hücum etdi - 34 nəfər ödü
Burkino-Fasonun şimalındakı mərkəzi rayonlardan birinə silahlıların hücumu nəticəsində 31 hərbçi, 3 qruplaşma üzvü ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı yerli KİV yayıb.
Bildirilib ki, hadisə Navaka kəndində baş verib. Ötən ayın sonunda Burkino-Faso hakimiyyəti terrorçu qruplaşmalara qarşı mübarizə məqsədi ilə ümumi ictimai səfərbərlik elan edib.
Qeyd edilib ki, iki həftə öncə hakimiyyətin hərbi qüvvələri Burkino-Fasonun şimal-şərqində keçirdiyi hərbi əməliyyat nəticəsində 22 terrorçu zərərsizləşdirib.
Məlumata görə, 2015-ci ildən ölkə terrorçulara qarşı mübarizəyə qoşulub.