Litva Prezidenti Kiyevdə səfərdədir

 11:24 28.06.2023     291

Litva Prezidenti Qitanas Nauseda iyunun 28-də elan olunmadan Ukraynanın paytaxtı Kiyevə səfərə gedib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Bildirilib ki, o, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Qeyd edək ki, bir müddət əvvəl Qitanas Nauseda Ukrayna Silahlı Qüvvələri üçün 2 NASAMS buraxılış qurğusu alıb.