Vaqnerin komandirləri tutuldu
Rusiya hərbi polisi Suriyanın cənubunda Əl-Suveydada "Vaqner" bölməsinin rəhbərini saxlayıb.
Redaktor.az xəbər verir ki,bu barədə Səudiyyə Ərəbistanının Əl-Hadas telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, "Xmeymim" aviabazasında "Vaqner"in üç yüksək rütbəli komandiri də saxlanılıb.
Bundan əlavə, polis Deyr əz-Zor, Həma və Dəməşqdəki "Vaqner" ofislərinə baş çəkib.
"Vaqner"in nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.