Ukraynada ingilis dilinə rəsmi status verilə bilər

 14:12 28.06.2023     656

Ukrayna Prezidenti Volodimir Zelenski parlamentə ingilis dilinin statusu ilə bağlı yeni qanun layihəsi təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

Bildirilib ki, Ukraynada beynəlxalq ünsiyyət vasitəsi kimi ingilis dilinin rəsmi statusu müəyyən edilib.

Sənədə əsasən, “A” kateqoriyasından olan dövlət məmurları, yerli administrasiyanın başçıları, zabitlər, polislər və prokurorlar ingilis dilini bilməlidirlər.