İsveçdən ŞOK QƏRAR:  Quranın yandırılmasına İCAZƏ VERİLDİ

 15:36 28.06.2023     978

İsveç qalmaqallı qərarı ilə yenidən gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.

Belə ki, İsveç mətbuatı aksiyanın yerli vaxtla saat 13:30-da baş verəcəyini yazıb. İki həftə əvvəl İsveç Ali Məhkəməsi isə Qurani-Kərimin yandırılmasının qarşısını alan təcrübənin hüquq pozuntusu olduğuna qərar verib.

Qeyd edək ki, İsveç iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə baş tutacaq NATO sammitinə hazırlaşır. Alyansa üzvlük üçün Türkiyənin təsdiqinə ehtiyacı olan İsveç  növbəti dəfə təxribata ev sahibliyi edir.