Erməni "qanuni oğru" və dəstəsi İspaniyada ələ keçdi - FOTO

 19:00 28.06.2023     374

İspaniya Milli Polisi "qanuni oğru"nun rəhbərlik etdiyi Ermənistandan olan mühacirlərdən ibarət cinayətkar təşkilatın fəaliyyətini dayandırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Bu barədə İspaniya hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə məlumat verilib.

Məlumata görə, İspaniya və Fransada qruplaşmanın 28 üzvü saxlanılıb. Qruplaşmanın başçısı isə krallıqda ələ keçirilib. 

Hüquq-mühafizə orqanlarının apardıqları çoxsaylı axtarışlar zamanı odlu silah, döyüş sursatı, pul və qızıl-zinət əşyaları müsadirə olunub.

Cinayət təşkilatının mövcudluğu barədə 2020-ci ilin sonunda məlum olub. Qrupun başçısı barədə əvvəllər də araşdırma aparılıb. Polisin məlumatına görə, şübhəlilər oğurluq, reketçilik, Avropadan tütün qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olublar.

Vumart və Güvən reklamı Vumart Güvən