Həcc ziyarəti zamanı zəvvarların işlətdiyi internetin həcmi AÇIQLANDI

 22:36 28.06.2023     515

Məkkəyə gələn zəvvarlar çərşənbə axşamı həyata keçirilən Həccin əsas ayinlərindən olan Ərəfat dağında dayanarkən mobil cihazlar vasitəsilə 4,61 petabayt məlumatdan istifadə ediblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Rabitə və İnformasiya Texnologiyaları Komissiyasının məlumatına görə, zəvvarların istifadə etdiyi məlumatların həcmi 1,89 milyon saatlıq HD videoya bərabərdir.

Məlumata görə, Məkkədə mobil şəbəkələrdə orta yükləmə sürəti 197,5 Mbit/s, yükləmə sürəti 27,5 Mbit/s-ə çatıb. Ötən il bu göstəricilər müvafiq olaraq 271,66 Mbit/s və 35,2 Mbit/s olub.