Meksikada baş prokurorluğun təyyarəsi yerə çırpıldı

 09:52 29.06.2023     252

Meksikada Baş Prokurorluğun təyyarəsi eniş zamanı “yuxuya getdi” - VİDEO

Meksikanın Mexiko şəhərində Felipe Anxeles Beynəlxalq Hava Limanında ölkənin Baş Prokurorluğunun təyyarəsində fövqəladə hadisə baş verib.

Redaktor.az xəbər verir ki, təyyarədə sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub. Eniş zamanı hava gəmisinin ön şassisi açılmayıb. Buna görə də təyyarə sürətini azaltdıqdan sonra onun ön hissəsi uçuş-enmə zolağına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yalnız maddi ziyanın dəydiyi qeyd edilir.

Bildirilir ki, təyyarənin əvvəlcə başqa hava limanına enməsi nəzərdə tutulub, lakin şassidə yaranan problemlər səbəbindən aviasiya xidmətləri onu təcili eniş üçün daha yaxşı şəraitin olduğu paytaxtdakı hava limanına yönləndiriblər.

Hadisədən sonra hava limanının fəaliyyət rejimində dəyişiklik olmayıb.