Ukraynada daha bir azərbaycanlı təltif olundu

 13:00 29.06.2023     490

Ukraynada daha bir azərbaycanlı müharibədəki xidmətlərinə görə medalla təltif olunub.

Redaktor.az xəbər verir ki, bu, Kiyevin ərazi müdafiə qüvvələrində humanitar missiya ilə fəal olan, əslən Azərbaycanın Zaqatala rayonundan Şamxal Namiq oğlu Quliyevdir.

O, Ukrayna Silahlı Qüvvələri tərəfindən Kiyev və Kiyev vilayətinin müdafiəsi uğrunda göstərdiyi xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb (report).