Rusiyada bananların içindən kokain çıxdı

 15:35 29.06.2023     432

Rusiyanın Sankt-Peterburq şəhərinin limanında içərisində Afrika bananları olan onlarla soyuducu saxlanılıb.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, yük maşınlarına doldurularaq Özbəkistana göndərilməsi nəzərdə tutulan meyvə partiyasının yoxlanması zamanı bananların bir hissəsinin içində kokain olduğu oraya çıxıb.

Müsadirə edilən narkotikin ümumi çəkisi 50 kiloqram olub, belə partiyanın dəyəri isə 450 milyon rubldan çoxdur.

Narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı cinayət işi başlanılıb. Təhlükəsizlik qüvvələri şübhəliləri axtarır.