Peskovdan Putinin “nüvə çamadanlı” hərbçiyə jesti barədə açıqlama - VİDEO

 16:41 29.06.2023     489

“Vladimir Putin ölkənin nüvə qüvvələrini hər zaman şəxsi nəzarətində saxlayır”.

Redaktor.az baku.tv-yə istinadla xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Putinin Dərbənd səfəri zamanı qara çamadanlı zabitin formasını düzəltməsi və əlini sıxması ilə bağlı canlı epizodu dəyərləndirib və maraqlı şərh verib.

Kreml nümayəndəsi qısaca olaraq bildirib ki, Putin həmişə nüvə qüvvələrinə nəzarət edir.

Onun sözlərinə görə, zabitin əlindəki məhz həmin “nüvə çamadanı”dır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dağıstana səfəri zamanı helikopterin yanında dayanmış və əlində qara çamadan olan dəniz zabitinin geyim formasını düzəldib. Bununla bağlı yayılmış videokadrlarda Putinin hərbçiyə yaxınlaşdığı və onun geyim formasını necə düzəltdiyi əks olunub. Daha sonra Putin başqa bir zabitin əlini sıxıb və helikopterə minib.