"Ermənistan əhalisinin 35 faizi pis qidalanır"

 17:07 29.06.2023     583

Ermənistan əhalisinin 35 faizi pis qidalanır.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Ərzaq Proqramının “Ermənistanda Ərzaq Təhlükəsizliyinin Qiymətləndirilməsi” araşdırmasına görə, erməni ailələrin 23 faizi gündəlik tələb olunan kaloriləri qeyri-kafi miqdarda, 56 faizi isə yarısını istehlak edir. Ən həssas bölgələr isə Tavuş (25 faiz), Lori (31 faiz) və Şirak (35 faiz) hesab olunur.

Qeyd edilib ki, Ermənistan hökuməti də bu hesabatdan irəli gələrək 2023-2026-cı illər üçün ərzaq təhlükəsizliyi strategiyasının reallaşması üçün 25,7 milyard dram (təxminən 66 milyon dollar) vəsaitin zəruri olduğu qənaətinə gəlib. Eyni zamanda hökumət yaxın üç il ərzində ərzaq təhlükəsizliyi problemini həll edəcəyinə ümidvardır. Bu strategiyanı reallaşdırmaqla hökumət əhalinin bütün təbəqələrindən olan hissəsinin minimal ərzaq səbəti ilə təmin olunmasını hədəfləyir. Hazırda bu rəqəm 46,7 faizdir və hökumətin hədəfi bu rəqəmi 70 faizə kimi artırmaqdır.