Moskvada ağır qatar qəzası

 17:20 29.06.2023     702

Moskvanın Birulyovo stansiyasında sement daşıyan 6 yük vaqonu relsdən çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı “Rusiya Dəmir Yolları” QSC-yə istinadən məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ekoloji təhlükənin olmadığı bildirilir.

Birulyovo-Tovarnaya stansiyasında hərəkət dayandırılıb, qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.