“Üsyan Putinin hakimiyyət üzərində monopoliyasını itirdiyini göstərdi” - Borrell

 19:26 29.06.2023     283

“Vaqner” özəl hərbi şirkətinin banisi Yevgeni Priqojin tərəfindən Rusiyada dövlət çevrilişinə cəhd göstərdi ki, Vladimir Putin hakimiyyət üzərində monopoliyasını itirib.

Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“İndiyə qədər biz Rusiyaya güc olduğuna görə təhlükə kimi baxırdıq. İndi biz Rusiyaya daxilində qeyri-sabitlik olan təhlükəli ölkə kimi baxmalıyıq”-deyə, o bildirib.