Estoniyanın Baş naziri Ukraynanın Aİ-yə üzv olmasını istəmir

 20:18 29.06.2023     302

“Hazırda Ukrayna üçün Avropa İttifaqına daxil olmaqdansa, NATO-ya üzv olmaq daha vacibdir”.

Redaktor.az xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq üçün bir sıra şərtlər var ki, Kiyev onlara 110% əməl etməlidir:

“Bundan sonra Aİ öz töhfəsini verəcək və Ukrayna dövlətinin öz sıralarına qəbul edilməsinə yaşıl işıq yandıracaq. Avropa İttifaqı iqtisadi layihədir və lazımi təhlükəsizlik olmadan iqtisadi rifahdan danışmaq mümkün olmayacaq”.

Estoniyanın Baş naziri vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olması təhlükəsizliyin yeganə “dəmir zəmanəti”dir. Kallasın fikrincə, Ukrayna alyansa qoşulsa, o zaman gələcəkdə yeni müharibələrdən qorxmağa ehtiyac qalmayacaq.