ABŞ-ın keçmiş vitse-prezidenti Zelenski ilə görüşdü
ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens Ukraynaya səfər zamanı ölkə prezidenti Volodimir Zelenski ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.
Pens ABŞ Respublikaçılar Partiyasının 2024-cü il prezidentliyinə namizədləri arasında yarış elan edildikdən sonra Ukraynaya səfər edən ilk şəxsdir.
Pens elan olunmamış səfər zamanı Ukraynanın Buça və İrpen də daxil olmaqla bir sıra şəhərlərinə səfər edib, həmçinin Kiyevdə Zelenski ilə görüş keçirib.
Mayk Pens vurğulayıb ki, onun səfəri amerikalılara əldə edilən irəliləyişi və Ukrayna ordusuna dəstək vermənin ABŞ-ın milli maraqlarına uyğun olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Keçmiş vitse-prezident əlavə edib ki, Vaşinqton dost və müttəfiqlərinə davamlı dəstəyini dayandırmayacaq.