Rusiyada FTX ilə ordu arasındakı mübarizə qızışır

 23:27 29.06.2023     408

Rusiyada Təhlükəsizlik qüvvələri (FSB) və Müdafiə Nazirliyi arasında mübarizə aktiv fazaya daxil olur. Ona görə də bu qarşıdurma nəticəsində fiziki məhv hallarının olması istisna edilmir.

Redaktor.az "rbc.ua"ya istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.

“Bizim hesablamalarımıza görə, bu, artıq Kremlin “qüllələri” adlanan yerlər arasında açıq müharibədir. Nəticədə rəqabət aparan tərəflərin nümayəndələrinin fiziki məhvi baş verəcək”, - Çernyak bildirib.

O, vurğulayıb  ki, Rusiyada “yuxarı”lar artıq Prezident Vladimir Putinin zəiflədiyini başa düşürlər. İndi onlar hakimiyyətə əl atmağa çalışırlar.

Qeyd edək ki, üsyan cəhdinin ardından “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin oyundan kənarlaşdırıldığından sonra Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına rəhbərlik edən general Sergey Surovikinın artıq saxlanıldığı barədə xəbərlər yayılıb.

İndi növbədə kimin olacağı maraq doğurur.