Avropa İttifaqı bu il Ukraynaya 220 000 artilleriya mərmisi göndərib

 17:50 30.06.2023     304

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen 2023-cü ilin martından bu günə qədər Avropa İttifaqının (Aİ) Ukraynaya 220 min artilleriya mərmisi və 2 min raket göndərdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bunu o, Aİ-nin Brüsseldə keçirilən sammiti çərçivəsində bildirib.

Ursula fon der Lyayenin sözlərinə görə, bu müddət ərzində Aİ Sülh Fondu Ukrayna Silahlı Qüvvələrinə mərmi istehsalı üçün 2 milyard avro ayırıb.