Bu ölkədə polisin öldürdüyü sürücülərin sayı artıb

 19:13 30.06.2023     371

Fransada polisin səlahiyyətləri genişləndiriləndən sonra atəş açmağa icazə verildiyi üçün qayda pozuntusuna məhəl qoymayaraq ölən sürücülərin sayı 6 dəfə artıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" yazır.

Bir qrup fransız tədqiqatçıya görə, 2022-ci ildə 13 nəfər polis tərəfindən öz avtomobilində güllələnərək öldürülüb.

Atəş açmağa icazə verən qanun qəbul olunmazdan əvvəl, polis əməkdaşı sürücünün hərəkətinin başqalarının həyatı üçün təhlükə yaratdığı təqdirdə silahdan istifadə etmək hüququna malik idi.