Mask və Zukerberq Kolizeydə döyüşəcəklər - VİDEO

 20:05 30.06.2023     413

İlon Maskın Mark Zukerberqlə döyüşü Kolizeydə baş tuta bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Mask öz “Twitter” səhifəsində paylaşım edib.

O, həmçinin “Brayanın Monti Paytonda həyatı” komediya filmindən bir fraqmentin yer aldığı videonun linkini də paylaşıb. “Dözümlülüyüm üzərində işləməliyəm”, - deyə o qeyd edib.

Xatırladaq ki, iyunun 27-də İlon Mask üçqat UFC çempionu, məşhur kanadalı qarışıq döyüş ustası Corc Sen-Pyerlə məşq etməyə və döyüşə hazırlaşmağa razılıq verib.