BMT missiyası bu ölkədən qovuldu

 22:28 30.06.2023     629

BMT Təhlükəsizlik Şurası (TŞ) Afrika ölkəsinin hakimiyyət orqanlarının təşəbbüsü ilə BMT-nin Malidəki sülhməramlı missiyasının işini dayandırdığını elan edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, müvafiq qətnamənin yekdilliklə qəbul edildiyi bildirilib.

Sənədə əsasən, sülhməramlı missiyanın mandatına iyunun 30-dan xitam verilir, onun Malidən çıxarılması 2023-cü il dekabrın 31-dək başa çatmalıdır.