Bu ölkədə silahlılar onlarla əsgər və polisi öldürdü
Burkina-Fasoda silahlılar bir gündə azı 71 nəfəri - 31 əsgər və 40 polisi öldürüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Agence France-Presse" hərbi və təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.
Hücumlar silahlılar tərəfindən iyunun 26-da ölkənin şimalında və mərkəzi bölgəsində həyata keçirilib.
Burkina-Faso son illərdə Qərbi Afrikada silahlıların terror fəaliyyətinin mərkəzinə çevrilib.