"ABŞ-ın dəstəyini itirə bilmərik" - Zelenski

 09:27 01.07.2023     269

"ABŞ-da 2024-cü il prezident seçkilərinin nəticələrinə baxmayaraq, Vaşinqtonun Ukraynanı dəstəkləməyə davam edəcəyinə əminəm".

Redaktor.az xəbər verir ki, bu sözləri Ukrayn Prezidenti Volodimir Zelenski İspaniya mətbuatına müsahibəsində deyib.

"Birləşmiş Ştatlar Rusiyanın tammiqyaslı işğalı başlayandan Ukraynanı güclü şəkildə dəstəkləyir. Rusiyaya qarşı mübarizədə bizə kömək etməyin vacibliyini həm demokratlar, həm də respublikaçılar anlayırlar", - Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, ABŞ-də hər iki partiyanın dəstəyini itirməmək lazımdır, çünki bu ölkə silah və maliyyə sahəsində liderdir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan ABŞ Ukraynaya təxminən 63 milyard dollar yardım göstərib.

İyunun 27-də ABŞ əks-hücum əməliyyatlarını dəstəkləmək və hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya növbəti hərbi yardım paketini elan edib, onun dəyəri 500 milyon dollar dəyərində qiymətləndirilir.