Hindistanda avtobusun yanması nəticəsində 25 nəfər öldü

 09:00 01.07.2023     229

Hindistanın Maharaştra ştatında şənbə günü avtobusun yanması nəticəsində azı 25 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Avtobus Yavatmal şəhərindən Pune şəhərinə gedirmiş.

Agentliyin polisə istinadən verdiyi məlumata görə, avtobusda 32 nəfər olub. Hadisənin səbəbi hələlik məlum deyil.