Ukrayna 21 min vaqnerçini məhv edib - Zelenski
Ukraynada hazırda davam edən müharibə zamanı “Vaqner” özəl hərbi şirkətinin 21 min muzdlu döyüşçüsü zərərsizləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski “El Mundo” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri tərəfindən bu dövr ərzində daha 80 min “Vaqner” döyüşçüsü yaralanıb.
Zelenski, həmçinin qeyd edib ki, “Vaqner” döyüşçüləri iki kateqoriyaya bölünüb: “Onlardan bir qismi peşəkar muzdlular, digərləri isə həbsxanalardan döyüşlərə cəlb edilənlər olub”.