Son bir ayda İranda 168 nəfər həbs edilib

 14:35 01.07.2023     289

İran İnsan Haqları Təşkilatı iyun ayında həbs edilən vətəndaşların sayının əvvəlki ayla müqayisədə 57% artdığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, son bir ayda İranda 168 nəfər həbs edilib. Onlardan 77-nin kürd, 50-nin isə bəluc vətəndaşı olduğu bildirilib.

Qeyd edilib ki, dini azlıqların həbsləri əvvəlki aylarda olduğu kimi iyunda da davam edib. Son bir ayda ən azı beş dini fəal İran hakimiyyəti tərəfindən həbs edilib.

Statistikaya görə, son bir ayda İranda təhlükəsizlik orqanları tərəfindən azı 25 qadın həbs edilib ki, bu da məhbusların ümumi sayının 15%-nə bərabərdir.

Hesabatda ən azı dörd media fəalının həbs edildiyi bildirilib.