İspaniya Baş naziri Zelenski ilə görüşdü
Kiyevdə səfərdə olan İspaniya Baş naziri Pedro Sançez Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Redaktor.az xəbər verir ki, görüşlə bağlı Ukrayna Prezidentinin tviter hesabında paylaşım edilib.
Görüşdə Ukrayna Prezidenti belə çətin zamanda bu cür səfərlərin vacibliyinə toxunaraq, "Biz sizə dostlarımız kimi güvənirik", - deyə bildirib.
"Döyüş meydanında xalqımızı gücləndirmək, iqtisadiyyatımızı gücləndirmək üçün sizin - dostlarımızın dəstəyinə ehtiyacımız var. Ukraynaya xoş gəlmisiniz!" Zelenski qeyd edib.
İspaniya Baş naziri bildirib ki, onun ölkəsi bu gündən etibarən Avropa İttifaqı Şurasına sədrlik edir və sədrliyə başladığı ilk gün o, Kiyevə səfər edərək vacib bir siqnal gödərmiş olur. "Mən burda olmağıma şadam. Mənim ölkəm İspaniya sizin dostunuzdur", - Pedro Sançez öz növbəsində deyib.