İsveçin Baş naziri ABŞ-a səfər edəcək

 16:37 01.07.2023     315

İsveçin Baş naziri Ulf Kristersson ABŞ-a səfər edəcək.

Redaktor.az SVT-yə istinadən xəbər verir ki, iyulun 5-də baş tutacaq səfər çərçivəsində Baş nazir Kristersson Ağ Evdə Prezident Co Baydenlə görüşəcək.

"Mən şadam ki, Prezident Bayden NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl məni görüşə dəvət edir. Mən Prezident Baydenlə görüşü səbirsizliklə gözləyirəm", - Baş nazir Ulf Kristersson SVT-yə müsahibəsində deyib.

Ağ Evə səfərin əsas mövzusu iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək hərbi alyansın sammiti öncəsi İsveçin NATO-ya üzvlüyünün gedişatıdır.