Fransada polisin öldürdüyü gənc dəfn edildi

 22:48 01.07.2023     380

Fransada polisin öldürdüyü 17 yaşlı Nael dəfn olunub.

Redaktor.az “Figaro”ya istinadla xəbərinə görə, Nanter kommunasında baş tutan dəfn mərasimində heç bir insident baş verməyib. İbn Badis məscidində keçirilən mərasimdə yüzlərlə insan iştirak edib. Tədbirdə jurnalistlərin iştirakına icazə verilməyib.

Ailənin tək övladı olan Naelin öldürülməsi Fransanın böyük şəhərlərində iştişaşlara səbəb olub.