Zelenski orduya Belarus istiqamətini gücləndirməyi tapşırdı

 09:35 02.07.2023     249

İyulun 1-də Ukrayna prezidenti Vladimir Zelenski Rovensk Atom Elektrik Stansiyasında Ali Baş Komandanın qərargahının iclasını keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.

Dövlət başçısının sözlərinə görə, qərargah iclası bu AES-də “stansiya üçün mümkün təhlükələri yerindəcə qiymətləndirmək üçün” keçirilib.

Zelenski həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya Belarus istiqamətini gücləndirmək barədə göstəriş verib.