Sərxoş ata oğlunu tapança ilə vurdu
Moskva vilayətində dava zamanı kişi oğluna silahla atəş açıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Moskva Prokurorluğu məlumat yayıb.
"63 yaşlı kişi Pervomayskoye kəndindəki bağçada spirtli içki qəbul edərkən oğlu ilə mübahisə zəminində tapançanı çıxararaq ona tərəf atəş açıb", - məlumatda deyilir.
Prokurorluğun məlumatına görə, “1994-cü il təvəllüdlü zərərçəkmiş xəstəxanaya yerləşdirilib, ona lazımi köməklik göstərilir”.
Evdə olan zərərçəkənin anası hüquq-mühafizə orqanlarına müraciət edib.
Prokurorluqdan bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Turan İSMAYIL