Bu ölkədə hərbi təyyarələr toqquşdu

 06:11 02.07.2023     362

Kolumbiyanın Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Boqotanın cənub-şərqində səmada toqquşub.

Redaktor.az xəbər verir ki, bu barədə “Semana” jurnalı məlumat yayıb.

İlkin məlumata görə, hər iki pilot katapulta vasitəsilə atılıb. Onlardan biri həlak olub. 

Qeyd edilir ki, onlar toqquşma zamanı təlim uçuşu həyata keçirirmiş.