Fransada ötən gecə yüzlərlə iğtişaşçı saxlanılıb - Nazir

 06:51 02.07.2023     444

Fransa polisi bazar günü gecə 427 iğtişaşçını saxlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanen məlumat verib.

“Axşam saatlarından indiyədək 427 həbsi həyata keçirən polisin qətiyyətli hərəkətləri sayəsində gecə daha sakit keçdi”, - deyə nazir özünün tviter hesabında yazıb.

Darmanen daha əvvəl bildirib ki, ötən gecə olduğu kimi bazar günü gecə də ölkədə 45 min polis və jandarm vəzifə yerinə yetirəcək.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən