Fransadakı iğtişaşlar bu ölkələrə də sıçradı - VİDEO

 08:17 02.07.2023     417

Paris ətraflarında başlayan iğtişaşlar Belçika və İsveçrəyə də sirayət edib.

Redaktor.az “Le Matin” saytına istinadla xəbər verir ki, Brüsseldə mitinqlər nisbətən sakit tərzdə keçib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsləri seçmə qaydada yoxlayıblar. Son məlumata görə, Brüsseldə on nəfər saxlanılıb.

İsveçrədə isə iğtişaşlar başlayıb. Qarətçilər Lozanna şəhəri mağazaları hədəfə alıblar. 7 nəfər saxlanılıb.