ABŞ-da atışma zamanı çox sayda ölən və yaralananlar var

 12:06 02.07.2023     386

Bazar günü səhər tezdən ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma baş verib, bir neçə nəfər ölüb, onlarla insan yaralanıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Hadisə yerinə polis gəlib. Hələlik baş verənlərlə bağlı təfərrüatlar yoxdur.

Digər bir məlumatda hadisə zamanı 4 nəfərin öldüyü, 25 nəfərin isə yaralandığı qeyd olunub.

Turan İSMAYIL