İran XİN vətəndaşlarını Fransaya səfərdən çəkinməyə çağırdı

 12:24 02.07.2023     401

İran Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Fransada baş verən iğtişaşlar fonunda mümkünsə, bu ölkəyə səfərdən çəkinməyə çağırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu bəyanatla bazar günü İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Çafi çıxış edib.

"Fransadakı qeyri-sabit və gözlənilməz vəziyyətə görə, bu ölkədə yaşayan soydaşlarımızdan çox zərurət olmadıqca evlərini tərk etməmələrini və toqquşmaların baş verdiyi ərazilərdən uzaq durmalarını xahiş edirik. Biz həmçinin İslam Respublikası vətəndaşlarına indiki vəziyyətdə Fransaya səfərdən çəkinməyi tövsiyə edirik” - o, bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin Fransa hakimiyyətini silahlı toqquşmalara son qoymağa və "insan ləyaqətinə, ifadə azadlığına və vətəndaşların dinc etiraz hüququna hörmət prinsiplərinə əməl etməyə" çağırıb.

Turan İSMAYIL