Türkiyə qırıcısı terrorçuları havaya uçurdu - VİDEO

 13:17 02.07.2023     658

Türkiyə Ordusu İraqın şimalında 9 terrorçunu hava zərbəsi ilə məhv edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türk Silahlı Qüvvələri İraqın şimalında terrorçu təmizliyini sürətini azaltmadan davam etdirir. Pəncə-Kilid Əməliyyatı bölgəsində aşkarlanan 9 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - deyə məlumatda qeyd edilir.