Ruslar Xersonda aptek və kafeni atəşə tutdu
Rus işğalçıları bu gün, iyulun 2-də Ukraynanın Xerson vilayətinin yaşayış məntəqəsini növbəti dəfə atəşə tutublar. Hücum nəticəsində bir nəfər yaralanıb.
Redaktort.az "RBC-Ukrayna"ya istinadıa xəbər verir ki, bu barədə Xerson hərbi administrasiyası məlumaat yayıb.
"Düşmən tərəfindən aptek və ictimai iaşə obyekti atəşə tutulub. 50 yaşlı kişi atışma nəticəsində yaralanıb", - məlumatda deyilir.
Hərbi administrasiya bildirir ki, zərərçəkənə təcili yardım çağırılıb.
Turan İSMAYIL