Haaqada Belarus səfirliyininə hücum oldu

 15:41 02.07.2023     279

Naməlum şəxslər Belarusun Haaqadakı səfirliyinə hücum ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Belarus diplomatik nümayəndəliyindən məlumat verilib.

"Hadisə iyulun 1-dən 2-nə keçən gecə baş verib", - səfirlikdən bildiriblər.

Binanın pəncərələri zədələnib, divarlara qraffitilər çəkilib.