Polşa Belarusla sərhədə əlavə qüvvə göndərir

 16:59 02.07.2023     296

Polşa gərgin vəziyyətlə əlaqədar Belarusla sərhədinə 500 hüquq-mühafizə orqanı əməkdaşı göndərəcək.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mariuş Kaminski bildirib.

“Belarusla sərhəddəki gərgin vəziyyətə görə mən qüvvələrimizi profilaktik və terrorla mübarizə bölmələrinin 500 polşalı polisi ilə gücləndirmək qərarına gəldim”, - o, tviterdə yazıb.

Nazirin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu sərhədin təhlükəsizliyini qoruyan 5 min sərhədçi və 2 min əsgərə qoşulacaqlar.

Polşa sərhəd xidmətinin məlumatına görə, şənbə günü 187 nəfər Belarusdan sərhədi qanunsuz keçməyə cəhd edib.

Qeyd edək ki, uğursuz üsyan nəticəsində "Vaqner" xüsusi hərbi şirkətin başçısı Yevgeni Priqojin Belarusa getdiyini elan etdi. Sonradan məlum olub ki, onun yaraqlılarından da bir neçəsi Belarus ərazisinə aparılacaq.

Polşa rusların bəyanatlarına reaksiya verib və Belarusla sərhədi gücləndirmək qərarına gəlib. Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, işğalçı ölkə təxribatlar üçün muzdlulardan istifadə edə bilər.

Turan İSMAYIL