Zelenski Odessada Qara dənizdəki əməliyyat vəziyyətini müzakirə etdi

 17:21 02.07.2023     299

Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfər edib, burada Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapanın hesabatını dinləyib və Qara dənizdəki əməliyyat vəziyyəti müzakirə edib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmçinin dəniz pilotsuz uçan aparat proqramının və raket proqramının aralıq nəticələri və inkişaf perspektivləri müzakirə edilib. Bundan əlavə, Hərbi Dəniz Qüvvələrinin komandiri Zelenskiyə dəniz piyadaları korpusunun yaradılması üzrə işlər barədə məruzə edib.

Turan İSMAYIL