Fransada etirazçılara qarşı dronlardan istifadə ediləcək
Paris polisi paytaxtda və qonşu departamentlərdə qarşıdan gələn gecə üçün asayişi qorumaq məqsədilə dronlardan istifadəyə icazə verib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə idarənin tviter hesabında dərc olunmuş məlumatda deyilir.
“Prefekturanın sərəncamı Parisdə, 92-ci departamentin bəzi kommunalarında, həmçinin 93-cü departamentdə bu gecə saat 18:00-dan (Bakı vaxtı ilə 20:00) bazar ertəsi səhər saat 06:00-a (Bakı vaxtı ilə 09:00) qədər dronlardan istifadə edərək şəkillərin çəkilişinə, baş verənlərin qeydə alınmasına və ötürülməsinə icazə verir”, - məlumatda bildirilir.
Qeyd edək ki, Fransada iğtişaşlar 17 yaşlı sürücünün iyunun 27-də yol patrulunun tələblərinə tabe olmaqdan boyun qaçıraraq öldürülməsindən sonra başlayıb. Əlcəzairli yeniyetməni güllələyən fransız polis məmuru nəzarətə götürülüb. Mərhumun dəfn mərasimi şənbə günü keçirilib.