"Krım Ukraynanın bir hissəsidir" - Almaniya kansleri

 21:15 02.07.2023     303

Almaniya kansleri Olaf Şolz Ukraynanın sovet dövründə bir növ dövlət olduğunu, Krımın isə uzun müddətdir ki, onun tərkibində olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat verib.

"Krım çox uzun müddətdir Ukraynanın bir hissəsidir - bunu unutmaq olmaz. Onsuz da Sovet İttifaqı dövründə Ukrayna bir növ BMT üzvü olan dövlət idi. Lakin Sovet İttifaqını tərk edən Rusiya oldu və birinci Ukrayna deyil. Krım isə həmişə Ukraynanın bir hissəsi olub”, - kansler bazar günü ARD telekanalına müsahibəsində bildirib.

TASS qeyd edir ki, 1954-cü ildə Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovun təşəbbüsü ilə Krım Ukrayna SSR-in tərkibinə verilib (SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 fevral 1954-cü il tarixli fərmanı). 2015-ci ildə Rusiya Baş Prokurorluğu bəyan edib ki, Krımın verilməsi haqqında qərar RSFSR Konstitusiyasına və SSRİ Konstitusiyasına uyğun gəlmir. Dəqiqləşdirmədə qeyd olunurdu ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin müvafiq səlahiyyətləri yoxdur.

Xatırladaq ki, 2014-cü ildə Rusiya Krımı işğal edərək özünə birləşdirib.

Turan İSMAYIL