"Ukraynaya verdiyimiz silahların Rusiya ərazisinə daxil olmaq üçün istifadə olunmasını istəmirik"

 21:58 02.07.2023     285

Almaniya artıq Ukrayna ordusunu böyük miqdarda silah-sursatla təmin edib. Və bunu davam etdirəcək.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

Onun sözlərinə görə, Almaniya Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirəcək. Bu həm “Leopard” tanklarının, həm də “İris-T” hava hücumundan müdafiə sisteminin sonrakı tədarükünə, həm də Ukrayna hərbçilərinin təliminə aiddir.

Bununla belə, Şolz narahatdır ki, Ukrayna Rusiya Federasiyasının ərazisində verilmiş silahlardan istifadə edə bilər.

"Biz çoxlu tanklar çatdırmışıq. Və bunu davam etdirəcəyik. Biz tədarük etdiyimiz silahların Rusiya ərazisinə daxil olması üçün istifadə olunmasını istəmirik", - kansler deyib.

Turan İSMAYIL