Makron ölkədəki etirazlarla bağlı iclas keçirir

 22:38 02.07.2023     338

Fransa Prezidenti Emmanuel Makron ölkədəki iğtişaşlarla mübarizə məqsədilə Yelisey sarayında iclas keçirir.

Redaktor.az xəbər verir ki, iclasın başlanmasını əks etdirən kadrlar BFM telekanalının efirində nümayiş etdirilib.

İclasda Fransa hökumətinin üzvləri, xüsusilə baş nazir Elizabet Born, daxili işlər naziri Cerald Darmanin və ədliyyə naziri Erik Düpon-Moretti iştirak edir.

Qeyd edək ki, Fransada iğtişaşlar 17 yaşlı sürücünün iyunun 27-də yol polisi tərəfindən güllələnərək öldürülməsindən sonra başlayıb. Əlcəzairli fransız yeniyetməni güllələyən polis məmuru nəzarətə götürülüb. Dəfn mərasimi şənbə günü keçirilib.

Turan İSMAYIL