"Məqsədimiz Ukraynanın NATO-ya üzvlük təhlükəsini aradan qaldırmaqdır"
Rusiya Ukraynanın NATO-ya üzvlüyü təhlükəsinin aradan qaldırılmasına nail olacaq.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Rossiyskaya qazeta"da bazar günü dərc olunan məqaləsində bildirib.
"Məqsədimiz sadədir - Ukraynanın NATO-ya üzvlük təhlükəsini aradan qaldırmaqdır. Biz buna nail olacağıq. Bu və ya digər şəkildə. Bu gün hətta Kiyev rejiminin daşqalaq başçıları da etiraf ediblər ki, münaqişə vəziyyətində Ukrayna alyansa qəbul edilməyəcək”, - siyasətçi bildirib.
Eyni zamanda o qeyd edib: “Lakin buradan çox sadə və acınacaqlı bir nəticə çıxarmaq olar: əgər münaqişə edən ölkələr NATO-ya qəbul edilməsələr, o zaman münaqişə daimi olacaq, çünki bu, Rusiyanın mövcudluğu məsələsidir”.
Turan İSMAYIL