Bu ölkədə güclü zəlzələ oldu

 08:54 03.07.2023     347

İndoneziyada 5,6 bal gücündə zəlzələ olub.

Redaktor.az xəbər verir ki, yeraltı təkanların episentri təxminən 62 min 200 nəfər əhalisi olan Abepura şəhərindən 162 km cənub-qərbdə baş verib.

Zəlzələ ocağı yerin 49 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.