Ukraynada daha 600 Rusiya hərbçisi, 1 helikopteri MƏHV EDİLDİ

 09:03 03.07.2023     434

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 230260 (+600) nəfər canlı qüvvəsi, 40 4057 (+5) tank, 7899 (+11) ədəd zirehli döyüş maşını, 4220 (+32) ədəd artileriya sistemi, 641 (+4) reaktiv yaylım atəşi sistemi, 391 (+1) hava hücumundan müdafiə sistemi, 315 (+0) təyyarə, 309 (+1) helikopter, 3573 (+16) PUA, 1264 (+3) qanadlı raket, 18 (+0) gəmi, 6834 (+18) avtomobil texnikası və avtosistern, 590 (+7) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2