ABŞ Konqresinin nümayəndə heyəti Tayvana gedib

 10:11 03.07.2023     325

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvlərindən ibarət nümayəndə heyəti bu gün Tayvana gəlib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə adanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə Oklahoma ştatından olan konqresmen Kevin Hern başçılıq edir. Heyətə Burges Owens, Mayk Flood, Mike Collins, Russell Fry və Keith Self də daxildir.

Səfər iyulun 3-dən 7-dək baş tutacaq. Nümayəndə heyətini Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven qəbul edəcək, konqresmenlər həmçinin onun müavini Lai Qingde, xarici işlər naziri Cozef Vu (Çin adı - Vu Zhaose) və digər səlahiyyətli orqanlar və ekspert dairələrinin nümayəndələri ilə görüşəcəklər.

Turan İSMAYIL